Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri seçilib.

TASS xəbər verir ki, bunu səsvermənin nəticələri göstərir.

Dariqa Nazarbayevanın Qazaxıstan Parlamenti Senatının sədri vəzifəsinə namizədliyini ölkə Prezidenti Kasım-Jomart Tokayev təklif edib.