AzTV-nin rəhbəri işdən azad edilib

Dövlət başçısının 15 yanvar tarixli sərəncamı ilə Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsindən azad edilib. Səbəblər göstərilməyib. Onun yerinə hələlik heç kim təyin edilməyib.

Qeyd edək ki son vaxtlar A.Alışanovun fəaliyyəti kəskin tənqid olunurdu, onun adı bir neçə qalmaqallı məhkəmə işlərində keçib.