Agentlik direktoru: “Qaydaları pozan bəzi idmançı və məşqçilər bizə rüşvət təklif edirlər”

Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) Azərbaycanda korrupsiya halları ilə üzləşib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi idmançı və məşqçilər tərəfindən qaydaları pozmağın müqabilində korrupsiya xarakterli müxtəlif təkliflər olub.